Haqqımızda

C141 Marketing Agentliyi 2007-ci ildən etibarən fəaliyyət göstərən, kreativ yanaşmanı funksional dizayn prinsipləri ilə birləşdirən çoxşaxəli bir şirkətdir. Yarandığı gündən etibarən həm yerli, həm də beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi tanınan şirkətimiz bu gün Azərbaycan, Gürcüstan, Qazaxıstan, Almaniya da daxil olmaqla 7 ölkədə fəaliyyət göstərir və geniş coğrafiyada müştərilərinə fərqli həllər təqdim edir.

Fəaliyyət istiqamətimiz həm fərdi, həm də korporativ ehtiyaclara uyğun məhsul və xidmətlərin hazırlanmasını əhatə edir. Fərdi müştərilərimiz üçün şəxsi zövq və ehtiyaclara uyğun şəkildə fərdiləşdirilmiş hədiyyə və dekor məhsulları təqdim edir, onları unikal dizayn və keyfiyyətlə bir araya gətiririk. Korporativ tərəfdaşlarımız üçün isə istənilən konseptə uyğun sərgi stendləri, mağaza daxili vitrinlər, foto zonalar və digər reklam məhsullarını yüksək peşəkarlıqla dizayn edir və istehsalını həyata keçiririk.

Məqsədimiz – hər bir layihəyə fərdi yanaşmaqla, həm estetik, həm funksional baxımdan mükəmməl nəticələr təqdim etməkdir. Saytımızda təqdim olunan məhsullar və xidmətlər barədə daha ətraflı məlumat almaq, eləcə də sifarişlə bağlı müraciət etmək üçün bizimlə əlaqə saxlamağınız kifayətdir.

Prepared by  T-Soft E-Commerce.